суббота, 27 октября 2012 г.

Quzey Azərbaycandakı Abraham Lincoln...


Rızа Talebi 


“... Bu Qanun, tərəfsiz bir qanundur. Bilməliyəm, köləlik qonusunda gerçək istəkləri nədir, amma bilə bilmirəm, çünki köləliyə, ümumiyyətlə nifrətim var. Köləlikdəki ədalətsizlikdən bezmişəm. Bu bizi respublikaçıların örnəyindən və onun təsirindən məhrum edir. Azad fondluların düşmənlərinə bu məşrutiyyəti qazandırır ki, bizlərə iki üzlülüklə xitab etsinlər, Azadlıq istəyənlər və onun gerçək sevdalıları bizim inancımıza şübhəlı baxsınlar. Bu da içimizdəki gerçək sevdalıların bizə qarşı gəlməsinə , Azadlığın əsaslarına qarşı muxalifətçilik etməsinə səbəb olur...”.
Abraham Lincoln (Əsərləri, İkinci Cild, S225, Rutgers Üniversitetinin Yayınları,1953-1990)
***Demokratiya procesi Quzey Azərbaycanda istər- istəməz muxalifət vasitəsilə davam etməkdədir. Muxalifətin güclü, ya gücsüz olmasından, öz mənafeyi, ya ictimai mənafe naminə mübarizə aparmasından asılı olmayaraq, o, azadlıq hərəkatının bir simvoludur. Üstəlik, onun qarşısındakı hakimiyyət də demokratik bir sistem deyil.
Əliyevçilik Quzey və Güney Azərbaycan üçün eyni xərçəngdir
İlham Əliyev ciddi şəkildə həm Quzey , həm də Güney əhalisi üçün bir böyük xərçəng xəstəliyidir. Əliyev təkcə muxalifətə, qarşısındaki aydın insanlara və fəqir Azərbaycan xalqına problem yaratmır; doğrudur, o, Güneydə Azərbaycan Respublikasının lideri olaraq tanınır, Güneydə onu gələcək Azərbaycanın da liderı olaraq görənlər də Tehran hakimiyyəti tərəfindən qabardılır və dəstəklənir. Çünki zalım bir başçının reklamı Azərbaycan xalqının baxışını bütöv Azərbaycan ideyasından uzaqlaşdırmaqdadır. Bu baxımdan 4 suçlumuz var, İran hakimiyyətı, Azərbaycan hakimiyyəti, muxalifət, Güney Azərbaycandaki Milli Hərəkat.İran hakimiyəti, bəlli bir şəkildə Quzeydə həm demokratiyanın inkişafını , həm də iqtisadi baxımdan güclənməni istəmir. İran rejimi Azərbaycanda demokratiyanın günbəgün daha artıq öləziməsinə, getriyə getməsinə. Əliyevin hakimiyyəti İranın rəsmi çevrələri üçün ən parlaq örnəkdir. Güney əhalisinə göstəriləsi ən iyrənc reklamdır: “ ay Güneylilər hara qatılacaqsınız? Əliyevin əlinin altına geçmək sizi hara aparacaqdır”!

четверг, 25 октября 2012 г.

Səttar Xan

Səttar xan 1866-ci ildə İranın Qaradağ vilayətinin Bişək kəndində tacir ailəsində anadan olmuşdur.1905-1911-ci illərdə baş vermişMəşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilir.

Şura Məclisi topa tutulduqdan, şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra, 1908-ci ilin iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq "Sərdari-milli" (Xalq sərkərdəsi) və "Salari-milli" (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.
Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana təsir göstərir. Tehran,QəzvinRəştİsfahan və başqa şəhərlərdə "Səttar xan" adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asilması haqqında fərman verir.

среда, 24 октября 2012 г.

Qoşaçay -Güney Azerbaycan

Qoşaçay -Güney Azerbaycan

Qoşaçay şəhəri Güney Azerbaycanın batı bölgesinde yerleşen şəhərilerden biridir. Şəhər Cığatay və Tatao çayları arasında yerləşir. Bu bölgenin qedim tarixi var ve bu ərazidə çoxlu tayfalar, qəbilələr yaşayıblar.


Güney Azerbaycan - Qaranlıq dərə Qaranlıq dərə xoy şəhərnin batısında


Güney Azərbaycan – Qəzvin şəhəri


Qəzvin, Güney Azərbaycanın böyük şəhərlərindəndir. Bu qədim şəhər, 1548 ilə 1598 illəri arasında Safevi Dövlətinə paytaxtlıq etmişdir. Qəzvin Güney Azərbaycan mərkəzindən aralıdır deyə fars ırqçı dövləti bu bölgədə olduqca güclü asimilasiya siyasəti uyğulayır. Getdikcə insanları farslaşdırmağa, orada yaşayan Azərbaycan Türklərinin kimiliyini aşağılamağa, onları öz 
varlıqlarından utandırmağa doğru addımlar atır. Bu üzdən də istəklərinə uyğun olaraq bu şəhəri fars bir şəhərinə çevirmək fikrindədirlər və eləcə də tanıtdırırlar. Bu şəhər bu siyasətlərin özündən güclü milli çalışmalara ehtiyac duyan şəhərlərdəndir. Dövlət tərəfindən şəhərin iqtisadını da fars yerlərlə bağlamaq bu siyasətin irəliləməsində yardımçı olan amillərdəndir.

Üskülü Mərziyə...

Türklüyünü müdafiə edən, dilinə sahib çıxan soydaşlarımızı İran rejimi daima susdurmağa çalışıb. O susdurulan səslərdən biri də Mərziyə (1945-1973 ) olub. Üskülü Mərziyə...Müəllimlik etdiyi müddətdə rejimə qarşı fəal mübarizə aparan Mərziyə yazdığı şeirlərində daima ürəyindəki "Ana dili" yanğısını dilə gətirir, məktəblərdə Ana dili altında fars dilinin öyrədilməsi ilə barışmırdı.


Güney Azerbaycan Hərgələn (Hərgəlan) Kəndinin şəlaləsi - - Əcəbşir (Ajabshir)


Miyana Qız Qalası

Təbriz üstü Miyana, 
Gül sünbülə dayana.. 
Miyana - Güney Azərbaycanin ən qədim şəhərlərindən biridir. XIV əsrə qədər şəhər müxtəlif dövlətlər tərəfindən hücuma məruz qalıb və əldən-ələ keçib. Məşhur 1828-ci il müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi Miyanada yerləşir. 


Gündoğan (Kandovan) Güney Azərbaycan



Gündoğan (Xandaban-Kandovan) Güney Azərbaycanın Kapadokya'sı kimidir. Təbrizə 50 km uzaqlıqda olan Kandovan Kəndi Sehent'in ətəklərində iştirak etməkdədir. Sahra mimari quruluşu ilə məşhurdur. Kəndin bir çox evi qayaların mərkəzinə yapılmıştır.
Kandovan kəndi ölkənin ən gözəl və tarixi yerlərindən biridir və tək canlı Sahra kəndi sayılmaktadır.Köy ev strukt
urlarının bal kovanlarına bənzəməsi münasibəti ilə ‘Kovanlar yeri’ olaraq da adlandırılmaqdadır. Gerçəkdə Kandovan'dan aparılacaq ən yaxşı hədiyyə də baldır.
Sehent Yanar dağlarının fəaliyyətləri nəticəsində, belə gözəl havası və suyu olan bir mənzərə meydana gəlmişdir.
Kandovan kəndinin gözəllikləri görmək üçün beynəlxalq turizim səlahiyyətliləri bura gəlmiş və Kandovan kəndini dünya əsərləri olaraq təyin etmişlər.

Daş Qartal..



Daş Qartal..
Yenə şair kimi gedib xəyala
Nələr düşünürsən, Savalan, nələr?
Sənə yaraşmayan bu qərib hala
Söylə, heç dözərmi bu bizim ellər?

Sənin tükənməyən bir sərvətin var;
Nədir bu qəmlərə qərq edən səni,
Söylə, nə dərdin var, nə həsrətin var?
Balaş Azəroğlu

1800-cü ildə bir Şahseven qızı

Ərdəbil bazarı

Ərdəbil bazarı- Ərdəbil şəhərində yerləşən və bu şəhərin tarixi əsərlərindən hesab olunan böyük bir üstü örtülü bazardır ki rasta bazar, qızılçı bazar, dəmirçi bazar, başmaqçı bazar və börkçü bazar kimi xolları vardir.


Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi

Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi, əsli Güney Azərbaycanda məşhur olan Dünbüli tayfasındandır. 
Olubdu qəm yatağı, şad gördüyün könlüm
Dağıldı qüssədən, abad gördüyün könlüm.
Diyari-qəmdə giriftarü dəstgir oldu,
Kəməndi-firqətə, azad gördüyün könlüm. -

Fəraq dərdinə axtardı, tapmadı çarə,
Cəmii hikmətə ustad gördüyün könlüm.
Səriri-vəsldə Xosrovsifət oturmuşdu,
Olubdu kuhdə Fərhad, gördüyün könlüm.
Fəraqi-möhnətə düşmüş pərişikəstə olub,
Vüsal seydinə səyyad gördüyün könlüm.
Hücumi-möhnətü qəmdən, süpehri-əlayə
Yetirdi naləvü fəryad, gördüyün könlüm.
Çəkib şərarələr, etdi vücudimi, Heyran,
Misali-kureyi-həddad gördüyün könlüm.






Güney Azərbaycanın- Səhənd dağı


Təbriz şəhərinin Güney tərəfində, Marağanın Quzeyində və Urmu gölünün doğusunda yerləşən və vulkan mənşəli dağdır.

Dəniz səviyyəsindən 3707 m hündürlükdə olan Səhənd dağı və qolları olan Qaflantı, Şibli keçidi, onun Qərbində isə Liqvan yüksəkliyi Təbriz şəhərini əhatə edir. Qaranqu və Qızılüzən çayları öz başlanğıcını Səhənd dağından alır. Səhənd dağı öz əsrarəng
iz gözəlliyi ilə qədim Azərbaycan simvollarından biridir.
Səhənd dağı gözəl təbiətə malik olduğu üçün və yamşalıqla birgə çiçək dolu bir dağ olduğundan bölgədə Dağlar Gəlini deyilir.
Səhənd dağının 17 zirvəsi 3000 m-dən artıq hündürlüyü vardır. ən hündür zirvə isə Qoç Gölü Dağıdır ki, 3707 Metr hündürlüyü var.






Güney Azerbaycan Zengan (Zencan ) -Qızılözən çayı


Arpa çayı

Qoy aparsın seller meni

Bir mahnı var qedim mahnı,
Gedin deyin Xan çobana,
Gelmesin bu il Muğana.
Arpa çayı aşdı daşdı,
Sel Saranı aldı qaçdı.

Ne Sara var ne Xan çoban,
Tezelenib indi dövran.
Ne eşq qalıb ne de sevgi,
Diller yalan sözler yalan,
Qınamasın eller meni
Qoy aparsın seller meni.





Azərbaycan qadın aşıq sənətinin banisi sayılan Aşıq Pəri(1811-1847)


Görkəmli alman şərqşünası Adolf Berje 1867-ci ildə Leypsiqdə nəşr etdirdiyi “Məcmuəyi-əşari-şüərayi-Azərbaycan” adlı məcmuədə yazırdı: “1829-cu ilin axırlarında Araz çayı sahillərində uzanan Maralyan kəndində 18 yaşında bir qız zühur etdi. Eşidilməmiş bir gözəlliyə malik olan bu qız Aşıq Pəri idi...”

Zalım Şəcər dad əlindən,
Sən
 ha nahaq qan eylədin.
Zulm ilə konlum şəhrini,


Gor necə viran eylədin.






Təbriz xalçaçılıq məktəbi – Azərbaycan xalçaçılıq məktəblərindən biri.


Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın ya
ranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.

Öz kompozisiya tələbatına süjetlərin təfsirinə, parçanın koloritinə və texnologiyasına görə Cənubi Azərbaycan xalçaları XVI əsrdə Təbriz məktəbinin yüksək tərəqqisi dövründə dekorativ tətbiqi sənətin həmin məktəbə xas ənənələrinin inkişafına dəlalət edir. Bu xalçalarda klassik dövrün miniatür rəngkarlığının təsiri hələ də duyulur.Lakin əvvəlki üsullardan uzaqlaşma nəzərə çarpır. Süjetlər sanki ayrı-ayrı fraqmentlərə parçalanır və bu fraqmentlər ümumi dekorun daha çox formal ünsürlərinə çüvrilir,artıq rəvayət xarakterli və hadisələrin mənasını açıb göstərən motivlər kimi başa düşülmür. Bir qayda olaraq ovçuların fiqurları,ov motivləri naxışlarla əvəz olunur.

İlk XVI əsrin ən erkən nümunəsindən başlayaraq, ta keçən əsrin ortalarında toxunmuş məmulatadək "Dörd fəsil" tipli Təbriz xalçaları ilin dörd fəslinə dair mövzuların açib göstərilməsinin vahid ideya-bədii zəmininə malikdir və bu mövzular dəqiq bədii formalarla işlənir.Kompozisiyasına görə orta sahə ənənəyə uyğun olaraq dörd hissəyə bölünür və onlardan hər biri ilin bir fəslinin rəmzidir.Dörd fəslin mövzusu kökləri əkinçiliyə və mistik kultlara gedib çixan rəmzləri zodiak bürclərini və Şərqin mifoloji obrazlarını təcəssüm etdirir.


Seyid Əbülqasim Nəbati

Seyid Əbülqasim Nəbati 

XIX əsrin ortalarında yaşayıb yaradan görkəmli şairlərdən biri Seyid Əbülqasim Nəbatidir. Seyid Əbülqasim Nəbati 1812-ci ildə Güney Azərbaycanda, Qaracadağ mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Nəbati Xançoban təxəllüsü ilə də tanınmışdır.
Səba, məndən söylə o gül’üzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?







Ağac tuneli


Güney Azerbaycan Muğan - mərd türk qadını

Güney Azerbaycan Muğan


Xoy, Təbrizli Şəmsin minarəsi.

Güney Azərbaycan, Xoy, Təbrizli Şəmsin minarəsi.


Güney Azerbaycan ÇAY HƏRZƏND (Mərənd) - Qədim Qala

Güney Azerbaycan ÇAY HƏRZƏND (Mərənd) - Qədim Qala


Ələki Karvansarayı

Güney Azerbaycan Mərəndin- Ələki Kərvansarayı

Bu Kərvansaray Mərəndin quzeyində Ələki düzündə Mərənd-Cülfa yolunun 23 kilometrligindədir. Kərvansarayın 702 il tikilmə tarixindən keçir. neçə il öncəyə kimi kərvansarayın giriş qapısından əsərlər qalırdı ki ucalığı 9 metrə kimi yetirirdi. indisə ondan da əsər qalmayıbdır! bu il bu tarixi binanın təzədən tikilməsi üçün hazırlıqlar gedir.


Təbriz-Culfa dəmiryolu fonunda dağlar..


Təbriz üstü güneydi,
Gün Quzeydən önəydi,
Gur leysan başlayaydı,
Yanan bağrım sönəydi,
O dağların sözü var,
Bir dil açıb dinəydi..

İzzəddin Həsənoğlu

İzzəddin Həsənoğlu (XIII əsr) - Azərbaycan türkcəsində yazıb-yaradan ilk şairlərdən sayılır..



Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.

Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,

Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.

Başımdan getmədi hərgiz səninlə içdigim badə,
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.

Əzəldə canım içində yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.

Şaha şirin sözün qılır Misirdə bir zaman kasid,
Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.

Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,
Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.

Həsənoğlu sənə gərgçi duaçıdır, vəli sadiq,
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.

Zunuz alması

Güney Azerbaycan Zunuz

Zunuz (Zonouz), Doğu Azərbaycan ostanında şəhər.
Zunuz Mərənd şəhristanına bağlıdır. 2006-cı il məlumatına görə əhalisi 2.618 nəfərdir. Əyalətin şimalında yerləşir. Təbrizə 100 km. uzaqlıqdadır. Xalqı Türküdür.

Şəhər və dövrəbərinin güzəran qaynağı əkinçilik, heyvandarlıqdır. Xüsusilə alması və kərə yağı məşhurdur.



Aş festivalı


Güney Azerbaycan Nir -Hər il avqust ayında, Nir şəhristanının Bulaqlar məntəqəsində aş festivalı keçirilər ki Azərbaycan aşları onda hazırlanır

Professor Dr. Zehtabi - Bəz qalasında

(Professor Dr. Zehtabi)
Bəz qalasında

Qoca dağların uca zirvəsində baxır vuqarilə bir qala.
Elə bil ki, yer ürəgin yarıb çıxarır nəhəng uca bir qaya,
Qayanın başında təbəq kimin qalani qoyub aparır aya;
Deyəsən bə yaki, xətər görüb alışan ana
Göyə qaldırır balasın, qoyub iki ovcuna.
Sürünüb qalanın topuğun öpür küləgilə rəqs eləyən duman.
Buludun əmib məməsin şirincə yatır qala,
Sinəsin də gah yararaq onun ucalıb, budur
Günəşin qızıl ışığın odur.
Gecə ulduzun qoca sirdaşi,
Ay onun həmişə ki, yoldaşi.

Güneyim


Nyu York. Metropoliten muzeyində Manna dövrünə aid qab..

Qədim Azərbaycan dövləti Manna dövrünə aid qab..

Ziviyədən tapılmış şirəli gil qab. E.ə. VIII-VII əsrlər.

Nyu York. Metropoliten muzeyi.


Elimin mərd qızı və Savalan dağı


Aynalı- turistik bölgə

Güney Azerbaycan Qaradağ - Aynalı

Aynalı dəqiq olaraq Xudafərin bölgəsinə aid olan turistik yerdir



Binab



Ləziz Güney Azərbaycan təamları


Binab Kebabı









                                                   Zəfəranlı-ballı Təbriz qayğanağı.



Sarı Qarpız


Keçi dağı - Culfa Güney Azerbaycan

Keçi dağı - Culfa Güney Azerbaycan


Güney Azerbaycan - Üştibin Kəndi

Güney Azerbaycan - Üştibin Kəndi


Tanınmış Arif və Şair Əbülqasim Nəbati də üstibin kəndində anadan olmuş. 
Səfheyi-aləmdə bir dürri-nihandır Üştibin
Səfheyi-aləmdə bir dürri-nihandır Üştibin,

Vəznə gəlməz, çəkmək olmaz, çox girandır Üştibin.

... Baş çəkib ərşi-bərinə dörd tərəfdən dağlər,

Filhəqiqət ləngəri-kövnü məkandır Üştibin.

Səddi-Isgəndər kimi hər bürcü bir hisni-həsin,

Dideyi-bədxahə bir tiri-kəmandır Üştibin.

Xoşsəliqə hər yeri, xəlqi sərasər mehriban,

Dilləri tati, vəli, şirinzəbandır Üştibin.

Allah abad eyləsin, abü havası canfəza,






Qacar dövrü oyunçuları

Qadın böyük qüvvədir! Amma şəkildəkilər qadın paltarı geymiş kişilərdir:)

Şəkil Qacar dövrünə aiddir. O dövrdə qadın oyunçular, musiqiçilər olmadığı üçün kişilər qadın rollarını oynamağa məcbur olurdular.


Gülaxır şəlaləsi

Güney Azərbaycan - Gülaxır şəlaləsi- Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Xarvana bəxşinin Ərzil dehastanının Gülaxır kəndində yerləşən şəlalədir.


Güney Azerbaycan Zengan (Zencan) - Tehem Gölü (Taham )

\