среда, 24 октября 2012 г.

Aş festivalı


Güney Azerbaycan Nir -Hər il avqust ayında, Nir şəhristanının Bulaqlar məntəqəsində aş festivalı keçirilər ki Azərbaycan aşları onda hazırlanır



Ayran Aşı / Dovğa
Ərzaqlar
Cekilmis Et: 100 gram (Rendelenmiş sogan, duz, biber elave edin)
Yarım stəkan gecədən islağa qoyulmuş quru noxud
2 stəkan doğranmış keşniş
2 stəkan doğranmış şüyüd
½ stəkan doğranmış ispanaq
½ stəkan doğranmış təzə sarımsaq (yalnız yarpaqları)
½ stəkan doğranmış nanə
½ stəkan stəkan doğranmış cəfəri
3 stəkan qatıq
4 stəkan su (qatıq qatıdırsa daha çox su əlavə etmək olar, durudursa, daha az)
1 xörək qaşığı un
1 ədəd yumurta
Bir stəkanın üçdə biri qədər yuyulmuş yumru düyü
Zövgə görə duz
İstiot, bəzək üçün (zəruri deyil)

Qeydlər
* Ayran Aşını bişirdiyiniz vaxt onu duzlamağa tələsməyin, yoxsa dovğa çürüyər. Dovğanı bişirilib kənara çəkdikdən və bir qədər soyutduqdan sonra ona duz əlavə edin.
* Ayran Aşı həm noxudla, həm də noxudsuz hazırlana bilər.

Harızlanma Qaydası
*Cekilmiş et qarışımından findiq xırdalıqda kufteler duzeldin ve bir kenara qoyun
*Noxudu yumuşalanadək bişirib, kənara qoyun.
*Doğranmış göyərtini aşsüzənə qoyub yuyun ki, yaşılı getsin. Əlinizlə sıxmayın. Aşsüzəni kənara qoyun.
*Qazanda qatıq, su, un və yumurtanı qarışdırın. Düyünü əlavə edin. Taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra (vacibdir - yoxsa doğva çürüyər) orta odda qaynadın. Bu proses təxminən 7-10 dəqiqə çəkəcək.
*Qaynamağa başlayanda göyərtini əlavə edin. Arada qarışdıra-qarışdıra təxminən 7-8 dəqiqə, və yaxud düyü yumuşalanadək bişirin.
*Noxudu əlavə edib, qazanı kənara çəkin. Qoyun Ayran Aşı soyusun. Sonra isə ona duz əlavə edib kasalarda süfrəyə verin.
*İstəyə görə dovğanın üstü istiotla bəzənir. Nuş olsun!

Комментариев нет:

Отправить комментарий