среда, 24 октября 2012 г.

Güney Azərbaycan – Qəzvin şəhəri


Qəzvin, Güney Azərbaycanın böyük şəhərlərindəndir. Bu qədim şəhər, 1548 ilə 1598 illəri arasında Safevi Dövlətinə paytaxtlıq etmişdir. Qəzvin Güney Azərbaycan mərkəzindən aralıdır deyə fars ırqçı dövləti bu bölgədə olduqca güclü asimilasiya siyasəti uyğulayır. Getdikcə insanları farslaşdırmağa, orada yaşayan Azərbaycan Türklərinin kimiliyini aşağılamağa, onları öz 
varlıqlarından utandırmağa doğru addımlar atır. Bu üzdən də istəklərinə uyğun olaraq bu şəhəri fars bir şəhərinə çevirmək fikrindədirlər və eləcə də tanıtdırırlar. Bu şəhər bu siyasətlərin özündən güclü milli çalışmalara ehtiyac duyan şəhərlərdəndir. Dövlət tərəfindən şəhərin iqtisadını da fars yerlərlə bağlamaq bu siyasətin irəliləməsində yardımçı olan amillərdəndir.


Bu şəhər, Tehranın 165 km şimal-qərbində və Xəzər dənizinin Güney tərəfləində yerləşir. şəhər soyuq, amma quru fırtınalı bir iqlimə sahib olub, Əlburz dağları silsiləsində yerləşir.

Antik bir şəhər olan Qəzvinin 7000 illik bir tarixi vardır.


Hal-hazırda Qəzvin günümüzdə pambıq, ipək və məxmər ayrıca dəri kimi məhsulların bir ticarət mərkəzidir. Tehran və Təbriz arasında dəmiryolu və quru yolu üzərindədir. Qəzvin, Qəzvin böyük milli enerji təsisinə malikdir və İran adlı ölkənin % 7 nisbətində elektrik ehtiyacını ödəyir.

Bütün bunlara baxmayaraq, indilikdə də və tarix boyu dab u şəhər Türklərə aid olan şəhər olmuş. Bununla belə gündən günə yadlaşdırılmaqdadır. Bu yadlaşdırmağa qarşı çıxmaq lazım. Bütün bacarlıqlarımızla bu siyasətə qarşı çıxmaq bizim isani və milli borcumuzdur.

Комментариев нет:

Отправить комментарий