среда, 24 октября 2012 г.

Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi

Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi, əsli Güney Azərbaycanda məşhur olan Dünbüli tayfasındandır. 
Olubdu qəm yatağı, şad gördüyün könlüm
Dağıldı qüssədən, abad gördüyün könlüm.
Diyari-qəmdə giriftarü dəstgir oldu,
Kəməndi-firqətə, azad gördüyün könlüm. -

Fəraq dərdinə axtardı, tapmadı çarə,
Cəmii hikmətə ustad gördüyün könlüm.
Səriri-vəsldə Xosrovsifət oturmuşdu,
Olubdu kuhdə Fərhad, gördüyün könlüm.
Fəraqi-möhnətə düşmüş pərişikəstə olub,
Vüsal seydinə səyyad gördüyün könlüm.
Hücumi-möhnətü qəmdən, süpehri-əlayə
Yetirdi naləvü fəryad, gördüyün könlüm.
Çəkib şərarələr, etdi vücudimi, Heyran,
Misali-kureyi-həddad gördüyün könlüm.






Комментариев нет:

Отправить комментарий