среда, 24 октября 2012 г.

İzzəddin Həsənoğlu

İzzəddin Həsənoğlu (XIII əsr) - Azərbaycan türkcəsində yazıb-yaradan ilk şairlərdən sayılır..



Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.

Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,

Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.

Başımdan getmədi hərgiz səninlə içdigim badə,
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.

Əzəldə canım içində yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.

Şaha şirin sözün qılır Misirdə bir zaman kasid,
Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.

Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,
Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.

Həsənoğlu sənə gərgçi duaçıdır, vəli sadiq,
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.

Комментариев нет:

Отправить комментарий