среда, 24 октября 2012 г.

Professor Dr. Zehtabi - Bəz qalasında

(Professor Dr. Zehtabi)
Bəz qalasında

Qoca dağların uca zirvəsində baxır vuqarilə bir qala.
Elə bil ki, yer ürəgin yarıb çıxarır nəhəng uca bir qaya,
Qayanın başında təbəq kimin qalani qoyub aparır aya;
Deyəsən bə yaki, xətər görüb alışan ana
Göyə qaldırır balasın, qoyub iki ovcuna.
Sürünüb qalanın topuğun öpür küləgilə rəqs eləyən duman.
Buludun əmib məməsin şirincə yatır qala,
Sinəsin də gah yararaq onun ucalıb, budur
Günəşin qızıl ışığın odur.
Gecə ulduzun qoca sirdaşi,
Ay onun həmişə ki, yoldaşi.



O görər birinci alavlar ölkəsinə səhər söküləndə dan
Savalan sağında fələklərə uzadır başın,
Baxıb axtarır qocaman səhəndini, ölməyən qoşa qardaşın!
Uca dağların qoca zirvəsində baxır vuqarilə bir qala.
Meşələr öpür ayağın onun,
Külək oxşayır yanağın onun,
Saya bilməsən bulağın onun,
Ola bilməmiş hələ daşlari yuva qartala!
***
Düşərək və söykənərək qılınc kimi sallara
Dururam, gedib keçirəm dağın, çatıram yala.
Neçə zirvələr, neçə sıldırım, neçə urmanın,
Qayasın, düzün, keçdiyin, böyük məzaristanın
Keçərək yavaş gedirəm, gedincədə hər bir an ucalır qala.
Dönərək baxanda bir anlığa keçilən yola,
Qaralır gözüm...
***
Dayanıb önümdə budur qala.
Oturub o dağ yekəlikdə şiş qayadan sala.
Sitəmin əsirgəməmiş ona qoca ruzigar.
Buraxıb, ötüb keçən əsrlər onu yadgar,
Bu alavlar ölkəsinin döşündən əmənlərə.
Dağılıbsada, ələnir genə əzəmət, vuqar.
Baxıri, susursada, dağlara və çəmənlərə,
Elə bil baxır zamanın gözü...
Baş əyib vuqarına toprağın öpərək onun
Dedim: ey qala!
De nədir adın?
Əzəlində kim olub ustadın?
Necə möhtəşəm sarılıb başan duman, ey qala!!
Səni qoynuna bu diyar alıb ana məsəli mehrəban, ey qala!
Sökülüb divar, tökülüb daşın,
Ürəgin yəqin doludur, bu cür çatılıb qaşın!
Keçib əsrlər, de nələr çəkibdi sənin başın?!
Kim olub əzəldəki yoldaşın
Və silahdaşın?!
Sökülüb divar, tökülüb daşın...
Genə yaz gələndə həmişə lalədi sirdaşın.
Görünür vurub sənə zərbələr
Keçən əsrlər və qərinələr...
Genə tükcə sarsımayıb vəli vuqarın sənin
Və çəkibdi qamçıların zaman kürəkən qala,
Və çəkibdi dağ ürəgən qala,
Və vurubdu zəncirini igit biləgən qala,
Ki, boğub səsin, qoya son böyük diləgən qala...
Genə lalələr
Yaz olunca qaldıraraq sinəndə piyalələr,
Deyiri ki, qaynayan al qanın hələ donmamış,
Vuqarın genə, keçiri min iki yüz il, bu gündə talanmamış.
Hələ sönməmiş alavın, əgərçe uzun zamandi ki, yanmamış
Qapayıbdi yad qanınan, zaman tozunan gözün,
Dodağında dondurulubdu xəncərin sözün...
***
Genə lalələr
Yaz olunca qaldıraraq döşündə piyalələr
Deyiri: inanmamısan, qala, ölən özün.
Və əsirlərin külü örtsədə,
Yanıri içində pırıl – pırıl ğəzəbin, közün...
Dilə gəl, di aç ürəgin qala!
De nədir sənin diləgin qala,
De nələr çəkibdi başın, daşın?!
Səni kim olub bu günə qoyan??
Qoca düşmənin, yaki, yoldaşın?!
Başıvi öpüb ötüşən bulud
Nəfəsin deyil??
Dirisən, demək, ulusan qala,
Üzü ğəmli sinəsi qan qala!
De nədir adın?
Kim olub, danış, qoca Fərhadın??
Tanımırmısan bu ə`ləldəvam
Qocağan qonaq gələn övladın??!
Gətirib bular vuqaran səlam
Ki, öpüb şərəfli bu toprağın,
El üçün igitligə and içə,
Həyatından, el desə, vaz keçə.
De nədir adın?
Niyə dinmisən?!
Niyə susmusan?!
***
Qala dinməyir.
Nə cəvab, nə söz, nə də bir kəlam,
Nə də səs – səmir!!
Qalanın gəzir sinəsin nəsim,
Gəzişir nəsim ilə ağ bulud.
Cəvab almayınca yanır içim...
***
Qalanın dibində oturmuşam.
Dolanır başımda fikir mudam,
Ürəgimdə dəğdəğə, min xəyal,
Neçə min sual.
Günəş odlu top tək üfüqdə sallanaraq batır
Və qızıl donuyla gəlin kimi bəzənir qala
Gecə şərqdən çaparaq atın qanadın sərir
Və yavaş – yavaş yumaraq gözün dərə, dağ yatır
Və təbiət ilə də mən özüm!
Deyə bilmərəm nə zaman mənim yumulur gözüm...
***
Gözümü yuxu aparan kimi,
Gözümə göründü haman qala
Ki, qımıldanır qoca şirlər yuxudan səhər oyanan kimi.
Ucalırdi hey bu susan qala,
Ucalıncada. Ağarırdi sübh çaği dan kimi.
Qalanın bu heykəli aqibət
Dönüb oldu bir ulu qəhrəman.
Ati kişnəyib aşaha qalxıri,
Qılınci əlində parıldayan.
O vurunca hay dərə, yal və dağ
Dönüb oldu ordu, igit, qoçaq.
Gələrək təlatümə ordular;
Biri türkicə;
Biri türkəmən, biri kürdicə
Bağırırdılar:
Ulu Babəkə
Əbədi şərəf, böyük iftixar!!
***
Yayılırdi şimşəgə bənzəyən səsi Babəkin
Dağa, düzlərə
Və ışıq saçırdi yanan bəbəklərə, gözlərə,
Və umud verirdi ürəklərə,
Güc olurdu qollara, dizlərə.
***
Yayılırdi şimşəgə bənzəyən səsi Babəkin:
Bu yerlər bizimdir əzəldən, bizim.
Niyə doğma yurdumda mən qul gəzim??!
Niyə yad əlilən soyulsun elim??
Niyə susdurulsun şəkər tək dilim??
***
Bu yerlər bizimdir əzəldən, bizim,
Gərək öz diyarımda azad gəzim.
Quduz şahlara biz əzəldən yadıq.
Xəlifə adın qoysada, şahdır o.
Sizin tək bəşər, yoxsa Allahdır o??!
Ərəb qardaşında gözəl yurdu var.
O yurdunda öz eşqi var, dərdi var.
Qoy azad gəzə doğma yurdunda o.
Bu azadlığa biz ürəkdən şadıq.
Guvarasi olsun o şirin həyat.
Və lakin bu yerdə bizimdir bizim.
Gərək məndə yurdumda azad gəzim!!
Ərəb qardaş olsa, ona qardaşıq,
Ağır günlərində ona sirdaşıq;
Qılınc ilə gəlsə və lakin, olar
Bu yurd onlara hər bir addım məzar!!
Qiyam eyləyəndə biz and içmişik
Azadlıq üçün hər nədən keçmişik.
Bu yerlərdə biz
Ya azad gərək işləyib dincələk,
Və ya xud şərəflə igit tək ölək.
Soyulsun niyə kəndlinin hər zadi,
Çiçəklənsin amma onun bağdadi??!
Bu ellər azadlıq südündən əmir,
Igit tək ölər, lakin olmaz əsir.
Eşitsin, düşünsün bunu mötəsəm:
Buyursun döyüş qəsdi var meydana.
Azadlıq gərəkdir bütün İrana.
Gərək Hürr ola Farsıda, Türküdə, Kürdüdə.
Bu ellər həqiqət bilir Qurani,
Ona sarsımaz zərrəcə imani.
***
Gedir ərşə ellərin alqışi.
Gəzir at belində qadın, kişi.
Bu elin gözündə yox aslanın
Dişi, ərkəgi!!
Əməgi coşur azad insanın.
Qılınc əldə həm aparır xişi.
Çalağan kimin
O hazırlaşır gəlcək səmalarına uçub havalanmağa.
İş olub şərəf və əmək bulaq kimi qaynayır.
Qutaranda iş qızı, oğlani çalıb oynayır...
***
Gah axir duman kimi ordular,
Əzilib, dönür ləpələr kimin.
Azad insanın gücü sel kimin dağıdar, yıxar.
Dağıdar qaranlıği, gün çıxar...
***
Bu zəfər sürür düz igirmi il.
Döyüşür, əkir azad olmuş el...
***
Azad olsa el əmirin həyati olar qara.
Çəkilib içində xəlifəlik elə bil dara...
***
Düşünür mudam qoca mö`təsəm.
O ki etdi şi`əyə min sitəm,
Ürəgində kinə, üzündə ğəm.
Səhər – axşam işləri məsləhət,
Nə qalır nədim, nə də baş bilən...
Tapır aqibət
Qoca hiləgər zəfərin yolun:
Kürədən dəmiri çıxardar dəmir.
Bükəcəkdi yoldaşi Babəkin o polad qolun.
Əzə gər türkü bu türklər,
Ağalıq qalar bizə bizətər!
Kürədən dəmiri çıxardar dəmir!!
***
Gedir əfşinə qoca elçilər, böyük ərməğan.
Gedir Özbəkistana hər səhər dolu karvan...
Gəlib axırında öpür o, mö`təsəmin əlin.
***
Ərəb ordusu, əcəm ordusu,
Nə ki vardi şərqdə, ğərbdə:
Sudanında, Yəmənindədə,
Misirində, Ədnindədə...
Axışıb gəlir, qaralır Səhənd,
Savalan susur, alınır Mişov,
Boğulur qanında da mazyar,
Kəsilir Aras, sökülür Mərənd...
Yürüyür duman kimi ordular...
***
Qoruyur qanilə tamam bir il
Qoca İranın şərəfin, adın
Və azadlığın qocaman bu el
Və ucaldıri göyə fəryadın;
Suvarır qanilə dağın, daşın.
Yad önündə dik tutur öz başın.
Analar verir igit oğlunu,
Gəlin isə sevgili yoldaşın.
Nə gərəkdi bunlar azadlıq olmasa millətə?!
Azad olmayan əyəcək yəqin baş əsarətə.
Əsir ömr sürsə əgər cəvan,
O, cəvan deyil, sürünən kölə!
Şirin eşqdən nə qanar bəşər,
Azad olmasa öz evində gər??!
***
Qoca sumbatın, qoca tülkünün,
Bu elin duzun bir ömür dadan,
Özü dost ikən, içi bir ilan.
Belə düşmənin aci xəncəri dəyir arxadan.
Qurulur kəmənd,
Tutulur qoçaq.
Tutulur bütün yari, yoldaşi.
Qırılınca saqə, sınar budaq.
Vurulur azad doğulan biləklərə aqibət kələk ilə bənd.
***
Oturubdu təxtə baxır gülər qoca mö`təsəm.
Taci incili, evi möhtəşəm. Süzülür şərab,
Danışır kamança, gülür Rubab,
Süzürü əsir gələn incə qız və gəlinlər hey
Dolanan piyalələrə hər an boşalınca mey...
***
Verir əmr cəllada Babəkin qoparır qolun,
Ayırır solun.
Sağ əlinən o üzünə çəkir bir ovuc qanın.
Bu nədir? – deyə, soruşur xəlifeye – moslemin.
Eşidir cəvab:
Mən elim kimi qanilə, canilə sənə düşmənəm,
Sari rənginən
/qabağında mən,
Ayağımda kündə əgər öləm,
Yazacaqdi tarixiniz ki, qorxudan ölmüşəm.
Silirəm bu ləkəni öz qanımla mən indidən!!
***
Yuxuda bu halətə ağladım,
Bir elin ümidi batan günə,
Savalanın yad əlilə bəxti yatan günə.
Niyə batdi gün, niyə öldü Babək el oğlumuz...?
Niyələrlə göylərə doğur göz aparanda mən,
Görürəm durur gözümün önündə haman qala.
Genə Babəkin ulu heykəli,
Uzanıb əli,
Ucadan deyir:
Önə bax, önə,
Göyə yox, mənə!!
Ölümün gücü el üçün ölənlərə çatmamış,
Yatıb el, vəli qala yatmamış,
Çağırın eli, boğa zülməti,
Qıra zənciri, ata zilləti.
Çağırın eli, ayıdın, durun
Ki alavlar ölkəsi şən gərək,
Azad ellərə ola tən gərək.
Ayılın, boğun bu qaranlıği,
Günü mıxlayın göyün alnına.
Sizə qol kimin yaramaz həyat,
Gözün aç özün, yatani oyat.
Ayılın, durun,
Döyüşüb azad bir həyat qurun...
***
Elə nə`rə çəkdi bu sözləri bağıran zaman
Ki, oyandi yer, Savalan da əsdi, səhənddə,
Mişovun başın bürüdü duman.
Tər içində mən də hərasınan
Ayılan zaman
Yuxudan durub qalanın bütün dərəsi, daği.
Günəşin qızıl kimi bayraği
Bəzəyir fəqət qalanın başın!
Baş əyib onun öpürəm mən bu gündə polad kimin dayanan daşın!!
Təbriz – Bəzqalasi
Xordad 1359- jun:1980

Комментариев нет:

Отправить комментарий