суббота, 27 октября 2012 г.

Quzey Azərbaycandakı Abraham Lincoln...


Rızа Talebi 


“... Bu Qanun, tərəfsiz bir qanundur. Bilməliyəm, köləlik qonusunda gerçək istəkləri nədir, amma bilə bilmirəm, çünki köləliyə, ümumiyyətlə nifrətim var. Köləlikdəki ədalətsizlikdən bezmişəm. Bu bizi respublikaçıların örnəyindən və onun təsirindən məhrum edir. Azad fondluların düşmənlərinə bu məşrutiyyəti qazandırır ki, bizlərə iki üzlülüklə xitab etsinlər, Azadlıq istəyənlər və onun gerçək sevdalıları bizim inancımıza şübhəlı baxsınlar. Bu da içimizdəki gerçək sevdalıların bizə qarşı gəlməsinə , Azadlığın əsaslarına qarşı muxalifətçilik etməsinə səbəb olur...”.
Abraham Lincoln (Əsərləri, İkinci Cild, S225, Rutgers Üniversitetinin Yayınları,1953-1990)
***Demokratiya procesi Quzey Azərbaycanda istər- istəməz muxalifət vasitəsilə davam etməkdədir. Muxalifətin güclü, ya gücsüz olmasından, öz mənafeyi, ya ictimai mənafe naminə mübarizə aparmasından asılı olmayaraq, o, azadlıq hərəkatının bir simvoludur. Üstəlik, onun qarşısındakı hakimiyyət də demokratik bir sistem deyil.
Əliyevçilik Quzey və Güney Azərbaycan üçün eyni xərçəngdir
İlham Əliyev ciddi şəkildə həm Quzey , həm də Güney əhalisi üçün bir böyük xərçəng xəstəliyidir. Əliyev təkcə muxalifətə, qarşısındaki aydın insanlara və fəqir Azərbaycan xalqına problem yaratmır; doğrudur, o, Güneydə Azərbaycan Respublikasının lideri olaraq tanınır, Güneydə onu gələcək Azərbaycanın da liderı olaraq görənlər də Tehran hakimiyyəti tərəfindən qabardılır və dəstəklənir. Çünki zalım bir başçının reklamı Azərbaycan xalqının baxışını bütöv Azərbaycan ideyasından uzaqlaşdırmaqdadır. Bu baxımdan 4 suçlumuz var, İran hakimiyyətı, Azərbaycan hakimiyyəti, muxalifət, Güney Azərbaycandaki Milli Hərəkat.İran hakimiyəti, bəlli bir şəkildə Quzeydə həm demokratiyanın inkişafını , həm də iqtisadi baxımdan güclənməni istəmir. İran rejimi Azərbaycanda demokratiyanın günbəgün daha artıq öləziməsinə, getriyə getməsinə. Əliyevin hakimiyyəti İranın rəsmi çevrələri üçün ən parlaq örnəkdir. Güney əhalisinə göstəriləsi ən iyrənc reklamdır: “ ay Güneylilər hara qatılacaqsınız? Əliyevin əlinin altına geçmək sizi hara aparacaqdır”!


İran Əliyevçiliyin sevdalısıdır
Bu məsələ İranda hər zaman qabardılır. Quzey Azəerbaycanın siyasi müstəvisində olanlar, o cümlədən, muxalifət Güneydə tanıdılmır. Quzeydə, sadəcə Əliyev, dil, neft və Araz vrmış. Bəlkə, çoxlu aydınlar bunu anlayır, amma təəssüf ki, kütlə bu məsələdən xəbərsizdir. İran rejiminin Əliyev hakimiyyətilə heç bir sıxıntısı yoxdur. Əliyevin və əliyevçiliyin güclənməsi İran rejiminin arqumentlərinin güclənməsidir. İran bir paradoks içində yaşayır: bir yandan nəinki Əliyevin, ümumiyyətlə bütün qəbildən olan dünyəvi hakimiyyətin getməsini arzulayır ki, Quzey Azərbaycana da dini idarəçilim sistemi sırıya bilsin; digər tərəfdən, orada Əliyevin möhkəmlənməsini istəyir ki, orada milli demokratların hakimiyyəti ortalığa gəlməsin, milli mənafeyə sayğı duyan bir hökumət olmasın; üçüncü tərəfdən isə şiə ideologiyasından kənar hər hansı dini baxışlar sisteminin güclənməsini arzulamır. Bütün hallarda isə İran Azərbaycan xalqının iradəsinin daşıyıcısı və ifadəçisi olan bir siyasi qüvvənin hakimiyyətə gəlməsini istəmir.
Azərbaycan İslamçılığı və İran rejimi
Maraqlıdır ki, İran bölgədəki ölkələrin hamısında müxalifətlə normal ilişgilərin olmasını saxlayır. Azərbaycan isə istisnadır. Burada İran Əliyev rejimi ilə oynayır, onun kontroldan kənara çıxmayacaq şəkildə sürdürülməsində maraqlı olduğunu göstərir. Bu höpkumət Azərbaycan xalqının mənafeyinin ifadəçisi olmadığına görə, İran üçün ən əlverişli vəziyyətin təminatçısı sayılır. Azərbaycandakı İslamçıları isə lümpen hərəkatı şəklində qoruyub saxlamaqla, onlara dəstək verməklə nəzarət altında tutur. Bu İslamçılıq İrana ona görə lazımdır ki, Quzey Azərbaycanda hər zaman İrana sayğı duyan bir sosial baza olsun, vəssəlam. Təbii, İranın maksimum hədəfi budur ki, Quzey Azərbaycanda siyasi İslamçılıq hərəkatı bütün müxalifət hərəkatından daha güclü olsun, indiki müxalifət Elçibəyçi ideologiyadan uzaqlaşıb İran təsirinin altına düşsün. Bu halda İran bir oxla iki quş vurmuş olur: həm İran təmayüllü fundamental İslamçılığın Azərbaycanda əsas ideologiya olmasını təmin edir, həm də Bütöv Azərbaycan ideyasını birdəfəlik dəfn etməklə Əliyevçilik tipli siyasi güclərə təsir imkanlarını saxlayır.
Onlar Güney hərəkatını da pulla almağa çalışırlar
Azərbaycanın hakimiyyətinin arxa planları ilə işim yoxdu. Üzdə görünənsə budur ki, indiki Azərbaycan iqtidarı həm oradakı müxalifəti, həm də Güneyin milli hərəkatını pulla satın almağa çalışır. Güney adına qruplar yaradıb sonra onları parçalamaq siyasətini aparır. Bu da Əliyevçiliyin yaramaz görsənişidir. Onlar Güney hərəkatını öz əllərinə keçirərək İran teokratik rejimi ilə sövdələşmə predmetinə çevirmək istərlər. Bu zamana qədər Azərbaycan hökuməti heç bir vətənpərvər Güney hərəkatına təmənnasız dəstək verməyibdir, əksinə Güney vətənpərvərlərini öz sınırları daxilində də, ondan kənarda da təqib etməkdədir. Özünü Əliyevçiliyin İranla bazarlığına təqdim etməyən kimsə Azərbaycan iqtidarının xoşuna gəlməz. Əlbəttə, Azərbaycan hakimiyyəti də minillik diktatorluğun son qalalarındandır. Bu qala da həm zamanla, həm də sosial məhrumiyyətlərdən və insani hüquqsuzluqlardan bezmiş xalqın qəzəb gününə qədər sürər. İndi Azərbaycanda müxalifətə qarşı aparılan şirkin kampaniya, toplumun heydən salınması və müqavimət imkanının əlindən alınması hesabına diktatorluğun ömrünü uzatmaq istər.
Azərbaycan hamıya xal vermiş durumdadır
O da doğrudur ki, bu rejim çevrəsindəki ölkələrlə bir şəkildə anlaşaraq özünün müstəbid davranışlarının və yolsuzluğunun, xalqa qarşı quldurcasına siyasətinin qarantı etməyə nail olubdur. Ermənistanla Qarabağ məsələsi, İranla Güney məsələsi, ruslarla və Qərblə neft məsələsi,.. Bütün bu sövdələşmələrdə də Azərbaycan qarşı tərəfə böyük xallar verib, özünü isə əldə etdiyi heç nə yoxdur. Minlərlə, on minlərlə, Güneyli və Quzeyli qaçqın, sürgün insanların halı da bunu sübut edir. Azərbaycanın böyük maliyyə-iqtisadi potensialı, təbii resursları ona imkan verirdi ki, indi bu millət Yer kürəsinin ən qabaqcıl millətlərinin uğraşdığı elmi-istehsalat məsələləri ilə uğraşsın. Amma Əliyev rejimi hələ də hansısa müxalifətçiləri pulla satın almaq, cib müxalifəti yaratmaq kimi səviyyəsiz və düşük çaplı işlərlə məşğuldur. Bu, Azərbaycan hökumətinin dərdi.
Azərbaycan müxalifətinin suçu
Azərbaycan müxalifətinin də suçu var. Mən belə hesab edirəm ki, Azərbaycan müxalifəti də özünü Güney Azərbaycan müstəvisindən kənaerlaşdırmaqda haqlı deyil. Müxalifətin güclü və ya gücsüz olmasə başqa məsələdir. Azərbaycan müxalifəti bütün Azərbaycanda özünün proqramını təqdim etməyə borcludur: həm Quzeydə, həm də Güneydə. Güney sorununu dələduzlara buraxan Azərbaycan müxalifəti sabah bu problemin altından çıxmağa çox çətinlik çəkəcək. Müxalifətçilik millət önündə missiyadır. Bu missiyanı Quzeyə- Güneyə bölmək yanlışdır.
Diktatorlar axtalanmış millətçiliyi sevərlər
Biz əminik ki, Güney məsələsində Əliyev hakimiyyətindən heç zaman xeyir gəlməz. Bu hakiyyət 20 ildir təmsil etdiyi Quzey xalqına yalnız zülm və işgəncə verirsə, ondan Güneyə nə fayda gözləmək olar ki?! Əgər hətta hansısa qəzadan Bütöv Azərbaycan məsələsi Əliyev hakimiyyətinin mövcudluğu ilə meydana gələrsə belə, parçalanma labüd olar. Çünki diktatorlar gerçək millətçiliyi sevməzlər. Diktatorlar sınırlı və axtalanmış m illətçiliyi sevərlər. Əliyev hakimiyyəti indi hansısa Güney kəsiminə dəstəkçi kimi görünürsə belə, bu keçicidir və birinci sövdələşmədə onları İran hökumətinə satacaqdır. Təbii, indi iki Azərbaycanın birləşməsi mümkün görünən olaylar sırasında ən öndə duran məsələ deyil. Bu proses milli hərəkatın davamlı mövcudluğu çərçivəsində mümkübn ola bilər. Quzey Azərbaycanda milli dəyərləri sovunan, demokratik bir dövlət olmadıqca, bu, mümkün olmayacaqdır. Görünən budur ki, həm Güneydə, həm də Quzeydə gedən milli- demokratik hərəkatın bir-biri ilə təması Əliyevçi vasitə üzərindən ayrılmalıdır ki, bu proses təbii axarı ilə gedə bilsin. Özünü Güney Azərbaycan milli hərəkatının daşıyıcısı sayaraq Əliyev hakimiyyətinin çətiri altılna girənlərin də bu qüsuru vardır. Son olaraq qeyd etmək istərdim ki, Quzey Azərbaycandakı milli demokratiya hərəkatı Güneydəki prosesləri yaddan çıxarmamalıdır. Güney hərəkatı da özünü Əliyevçı hakimiyyətə fəda etməməli və Azərbaycanən demokratikləşməsini Güney Azərbaycan istiqlalının əsas şərti olaraq qəbul etməlidir. Linkolnun dediyi kimi “mənafelər yalnız sərhədlər daxilində deyil”, bu sərhədləri aşmağı bacarmalıyıq.

1 комментарий:

  1. Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
    whatsapp nömrəsi + 1- (989-394-3740)

    ОтветитьУдалить