среда, 24 октября 2012 г.

Seyid Əbülqasim Nəbati

Seyid Əbülqasim Nəbati 

XIX əsrin ortalarında yaşayıb yaradan görkəmli şairlərdən biri Seyid Əbülqasim Nəbatidir. Seyid Əbülqasim Nəbati 1812-ci ildə Güney Azərbaycanda, Qaracadağ mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Nəbati Xançoban təxəllüsü ilə də tanınmışdır.
Səba, məndən söylə o gül’üzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?









Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin,
O lalə rüxsarın, mişkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?

Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə canə gəlsin, gəlməsin?

Dolaşdır boynuma şümşad qolunu,
Qucaqlayıb qucum incə belini,
Lə’li-ləbin əmim, sorum dilini,
Istər ölü canə gəlsin, gəlməsin?

Nəbati istəməz sənsiz dünyanı,
Izzəti, hörməti, şövkəti, şanı,
Bir zada qalmayıb daha gümanı,
Bu baş o meydanə gəlsin, gəlməsin?

Комментариев нет:

Отправить комментарий