пятница, 19 октября 2012 г.

Təbriz - Əmir Nizam evi



Əmir Nizam evi-Bu muzey Təbrizin Şeşgilan məhəlləsindədir. Qacar türk şahlıq sülaləsi dövründə Təbrizin bu məhəlləsində çoxlu gözəl və tarixi binalar inşa edilmişdir. Əmir Nizam Gəruslu binası da bu görkəmli binalardandır.

Hazırda Qacar muzeyi kimi istifadəyə verilən bu bina Nasirəddin şah Qacar dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir.

Qaynaqlara əsasən bu bina o tarixdən Qacar dövrünün sonunadək Azərbaycan əyalətinin valilik binası kimi istifadə edilmişdir.

Bina (1385-2007) uzun və yorucu təmir fasiləsindən sonra təmir edilmişdir.

Qacar muzeyi kimi istifadəyə verilməsinin səbəbi Təbriz şəhərinin Darolsəltənə (sultanlıq divanı) olması və Tehrandan sonra ən önəmli şəhəri olmasıdır.

Qacar sülaləsinin başlanğıcından və Abbas Mirza vəliəhd olan zamandan bəri Təbriz şəhəri vəliəhdlərin iqamətgahı idi.

Binanın xüsusiyyətləri
Bina 1500 m.² və iki qatda tikilmişdir, içində hovuzlar və fəvvarələr olan iki iç və xarici həyətə malikdir. 16 sütun bu binanın eyvanını saxlayır. Bir sözlə, bina memarlıq, incəsənət nümunəsidir.

Muzey qalereyaları
Birinci qatın qalereyaları; pul, tikiş, çini, şüşə, metallar və musiqi qalereyaları.
Yeraltı qatın qalereyaları; daş, silah, sərkərdələr və paşalar və memarlıq və şəhərsalma qalereyaları.

Комментариев нет:

Отправить комментарий