среда, 24 октября 2012 г.

Təbriz xalçaçılıq məktəbi – Azərbaycan xalçaçılıq məktəblərindən biri.


Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın ya
ranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.

Öz kompozisiya tələbatına süjetlərin təfsirinə, parçanın koloritinə və texnologiyasına görə Cənubi Azərbaycan xalçaları XVI əsrdə Təbriz məktəbinin yüksək tərəqqisi dövründə dekorativ tətbiqi sənətin həmin məktəbə xas ənənələrinin inkişafına dəlalət edir. Bu xalçalarda klassik dövrün miniatür rəngkarlığının təsiri hələ də duyulur.Lakin əvvəlki üsullardan uzaqlaşma nəzərə çarpır. Süjetlər sanki ayrı-ayrı fraqmentlərə parçalanır və bu fraqmentlər ümumi dekorun daha çox formal ünsürlərinə çüvrilir,artıq rəvayət xarakterli və hadisələrin mənasını açıb göstərən motivlər kimi başa düşülmür. Bir qayda olaraq ovçuların fiqurları,ov motivləri naxışlarla əvəz olunur.

İlk XVI əsrin ən erkən nümunəsindən başlayaraq, ta keçən əsrin ortalarında toxunmuş məmulatadək "Dörd fəsil" tipli Təbriz xalçaları ilin dörd fəslinə dair mövzuların açib göstərilməsinin vahid ideya-bədii zəmininə malikdir və bu mövzular dəqiq bədii formalarla işlənir.Kompozisiyasına görə orta sahə ənənəyə uyğun olaraq dörd hissəyə bölünür və onlardan hər biri ilin bir fəslinin rəmzidir.Dörd fəslin mövzusu kökləri əkinçiliyə və mistik kultlara gedib çixan rəmzləri zodiak bürclərini və Şərqin mifoloji obrazlarını təcəssüm etdirir.




Xalçalardan medalton və medalyonlar boyunca Azərbaycan memarlığının abidələrinin təsviri,tarixi və din xadimlərinin obrazlarının verilməsi təqlidçilik xarakteri daşımır.Ənənəvi Şərq mədəniyyətinə əsaslanan müstəqil xarakterə malikdir.Dörd dəqiq hissəyə bölgü Şərqin dünya şöhrətli "bağ-bağçaları" üçün səciyyəvidir. Bu xalçalar haqqında XII əsr mənbələrində məlumat verilir.Əmək istilaçıları 637-ci ildə Ktesifonda Sasanilərin iqamətgahını ələ keçirərkən "Xosrovun Baharı" adlə xalçanı qənimət kimi götürmüş və onu misilsiz bir sərvət kimi qiymətləndirmişlər.Xalçanın fonunda şəlaləli irmaqlar, arxlı güllü-çiçəkli bağ təsvir olunmuşdur.

XVI əsrə aid edilən və hazırda Məşhəd muzeyində saxlanılan Təbriz xalçasına nəzarət yetirək. Burada ən əvvəl xalçanın orta hissəsində dörd hissədə fəsillərin rəmzləri:qar,gördurşağı,yağış təsvirləri,mərkəzdə medalyon nəzərə çarpır. Medalyonda çox güman Təhmasib şahın babası İmam Rzanın məqbərəsinin minarələri bir sıra dini abidələr və motivlər əks olunmuşdur.Bu prinsip sonralar tarixi və ictimai şəraitə uyğun olaraq dəyişmişdir. Təbriz xalçalarının ənənəvi əlamətlərindən biri xalçalardan Azərbaycan memarlığının Göy Məscid,"Ucaytu Sultaniyyə" kimi abidələrin təsvir olunmasıdır. Çox vaxt xalça rəsmlərində Əhəmənilər sülaləsi dövrünün əfsanəvi saray kompleksini Təxti-Cəmşidin xarabalıqları,habelə din xadimlərinin klassik şərq ədəbiyyatı dahilərinin portretləri verilirdi.

1828-ci il fevralın 10-da Rusiya ilə Iran arasında Təbriz yaxınlığındakı Türkmənçay kəndində bağlanmış sülh müqaviləsi tarixə Türkmənçay müqaviləsi adı ilə daxil oldu və bu müqavilə 1826-28-ci illər Rusiya-Iran müharibəsinə son qoydu. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın şimal hissəsi Rusiya tərkibinə qatıldı. Təbriz, Ərdəbil, Urmiya, Xoy, Marağa, Mərənd, Maku və digər şəhərlər də daxil olmaqla ölkənin cənub hissəsi Iranın əsarəti altına keçdi. Beləliklə, Azərbaycan 2 yerə parçalandı. Bax elə həmin vaxtdan da "Cənubi Azərbaycan" termini yaranıb meydana gəldi. Həmin vaxtdan Təbriz xalçaçılıq məktəbinin xalça nümunələri bütün dünyada Iran xalçaları adı ilə tanındı.

Cənubi Azərbaycanda xalçaçılığın dünya miqyaslı ən məşhur və iri mərkəzi Təbriz şəhəridir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır.

Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII-XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr klassik və ya qızıl dövrünün 200-ə qədər şah əsərləri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir.

Təbriz məktəbini 2 yarımqrupa bölmək olar: Təbriz və Ərdəbil .
Təbriz qrupuna aşağıdakı məşhur xalçalar daxildir: "Təbriz xalçası", "Qeris xalçası", "Ləçəkturunc xalçası", "Əfşan xalçası", "Ağacalı xalçası", "Dörd fəsil xalçası".
Ərdəbil qrupu isə: "Ərdəbil xalçası", "Şeyx Səfi xalçası", "Sərabi xalçası", "Şah Abbası xalçası", "Mir xalçası" kimi xalçaları ilə məşhurdur. Bu qrupun yüksək inkişaf səviyyəsinə çatmış bədii və texniki xüsusiyyətlərinə görə ənənəvi xüsusiyyətləri zaman keçdikçə Azərbaycandan kənarlarda da məşhurlaşmağa başladı.

Təbriz xalçaçılıq məktəbinin "Bağ-behişt xalçası", "Bağ-meşə xalçası", "Balıq xalçası", "Buta xalçası", "Dərviş xalçası", "Kətəbəli xalçası", "Gördəst xalçası", "Göllü-guşəli xalçası", "Güldanlı xalçası", "Leyli və Məcnun xalçası", "Məşahir xalçası", "Mun xalçası", "Namazlıq xalçaları", "Nəcaqlı xalçası", "Sərvistan xalçası", "Sərdari xalçası", "Səhənd xalçası", "Silsiləvi ləçək xalçası", "Fərhad və Şirin xalçası", "Xəyyam xalçası", "Xətai xalçası", "Həddad xalçası", "Çərxi-gül xalçası", "Ceyranlı xalçası" və s. klassik kompozisiyaları da məşhurdur.


Təbriz xalçaçılıq məktəbinin xalçaları dünya muzeylərində
Xalça "Ovçuluq"-Təbriz, 1522-1523 (m) / 929 (hicri), Poldi-Peccoli Muzeyi, Milan
Xalça "Heyvani"-Təbriz, XVI əsr, Viktoriya və Albert Muzeyi, London
Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Metropoliten İncəsənət Muzeyi, Nyu-York
Süjetli xalça-Tətbiqi Sənət Muzeyi, Budapeşt
Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Dekorativ Sənət Muzeyi, Paris
Xalça "Heyvani"-Təbriz, XVI əsr, Klarens Moskinin kolleksiyasından
Xalça "Dörd fəsil"-Təbriz, XIX əsrin ikinci yarısı, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı
Xalça "Ağaclı"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
Xalça "Rüstəm ağ divi öldürür"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
Xalça "Rüstəmin Aşkavusla döyüşü"-Təbriz, XX əsrin əvvəli, Şərq xalqları Sənəti Dövlət Muzeyi, Moskva
Xalça "Ömər Xəyyam öz sevgilisi ilə"-Təbriz, XIX əsrin axırı, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
Xalça "Şeyx Sənan"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
Xalça "Məlik Məmməd"-Təbriz, XX əsrin əvvəli, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı
Dərviş təsvir olunmuş xalça-Təbriz, XIX əsr, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
Dərvişlər təsvir olunmuş xalça-Təbriz, XIX əsr, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı

Комментариев нет:

Отправить комментарий