суббота, 27 октября 2012 г.

Quzey Azərbaycandakı Abraham Lincoln...


Rızа Talebi 


“... Bu Qanun, tərəfsiz bir qanundur. Bilməliyəm, köləlik qonusunda gerçək istəkləri nədir, amma bilə bilmirəm, çünki köləliyə, ümumiyyətlə nifrətim var. Köləlikdəki ədalətsizlikdən bezmişəm. Bu bizi respublikaçıların örnəyindən və onun təsirindən məhrum edir. Azad fondluların düşmənlərinə bu məşrutiyyəti qazandırır ki, bizlərə iki üzlülüklə xitab etsinlər, Azadlıq istəyənlər və onun gerçək sevdalıları bizim inancımıza şübhəlı baxsınlar. Bu da içimizdəki gerçək sevdalıların bizə qarşı gəlməsinə , Azadlığın əsaslarına qarşı muxalifətçilik etməsinə səbəb olur...”.
Abraham Lincoln (Əsərləri, İkinci Cild, S225, Rutgers Üniversitetinin Yayınları,1953-1990)
***Demokratiya procesi Quzey Azərbaycanda istər- istəməz muxalifət vasitəsilə davam etməkdədir. Muxalifətin güclü, ya gücsüz olmasından, öz mənafeyi, ya ictimai mənafe naminə mübarizə aparmasından asılı olmayaraq, o, azadlıq hərəkatının bir simvoludur. Üstəlik, onun qarşısındakı hakimiyyət də demokratik bir sistem deyil.
Əliyevçilik Quzey və Güney Azərbaycan üçün eyni xərçəngdir
İlham Əliyev ciddi şəkildə həm Quzey , həm də Güney əhalisi üçün bir böyük xərçəng xəstəliyidir. Əliyev təkcə muxalifətə, qarşısındaki aydın insanlara və fəqir Azərbaycan xalqına problem yaratmır; doğrudur, o, Güneydə Azərbaycan Respublikasının lideri olaraq tanınır, Güneydə onu gələcək Azərbaycanın da liderı olaraq görənlər də Tehran hakimiyyəti tərəfindən qabardılır və dəstəklənir. Çünki zalım bir başçının reklamı Azərbaycan xalqının baxışını bütöv Azərbaycan ideyasından uzaqlaşdırmaqdadır. Bu baxımdan 4 suçlumuz var, İran hakimiyyətı, Azərbaycan hakimiyyəti, muxalifət, Güney Azərbaycandaki Milli Hərəkat.İran hakimiyəti, bəlli bir şəkildə Quzeydə həm demokratiyanın inkişafını , həm də iqtisadi baxımdan güclənməni istəmir. İran rejimi Azərbaycanda demokratiyanın günbəgün daha artıq öləziməsinə, getriyə getməsinə. Əliyevin hakimiyyəti İranın rəsmi çevrələri üçün ən parlaq örnəkdir. Güney əhalisinə göstəriləsi ən iyrənc reklamdır: “ ay Güneylilər hara qatılacaqsınız? Əliyevin əlinin altına geçmək sizi hara aparacaqdır”!

четверг, 25 октября 2012 г.

Səttar Xan

Səttar xan 1866-ci ildə İranın Qaradağ vilayətinin Bişək kəndində tacir ailəsində anadan olmuşdur.1905-1911-ci illərdə baş vermişMəşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilir.

Şura Məclisi topa tutulduqdan, şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra, 1908-ci ilin iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq "Sərdari-milli" (Xalq sərkərdəsi) və "Salari-milli" (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.
Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana təsir göstərir. Tehran,QəzvinRəştİsfahan və başqa şəhərlərdə "Səttar xan" adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asilması haqqında fərman verir.

среда, 24 октября 2012 г.

Qoşaçay -Güney Azerbaycan

Qoşaçay -Güney Azerbaycan

Qoşaçay şəhəri Güney Azerbaycanın batı bölgesinde yerleşen şəhərilerden biridir. Şəhər Cığatay və Tatao çayları arasında yerləşir. Bu bölgenin qedim tarixi var ve bu ərazidə çoxlu tayfalar, qəbilələr yaşayıblar.


Güney Azerbaycan - Qaranlıq dərə Qaranlıq dərə xoy şəhərnin batısında


Güney Azərbaycan – Qəzvin şəhəri


Qəzvin, Güney Azərbaycanın böyük şəhərlərindəndir. Bu qədim şəhər, 1548 ilə 1598 illəri arasında Safevi Dövlətinə paytaxtlıq etmişdir. Qəzvin Güney Azərbaycan mərkəzindən aralıdır deyə fars ırqçı dövləti bu bölgədə olduqca güclü asimilasiya siyasəti uyğulayır. Getdikcə insanları farslaşdırmağa, orada yaşayan Azərbaycan Türklərinin kimiliyini aşağılamağa, onları öz 
varlıqlarından utandırmağa doğru addımlar atır. Bu üzdən də istəklərinə uyğun olaraq bu şəhəri fars bir şəhərinə çevirmək fikrindədirlər və eləcə də tanıtdırırlar. Bu şəhər bu siyasətlərin özündən güclü milli çalışmalara ehtiyac duyan şəhərlərdəndir. Dövlət tərəfindən şəhərin iqtisadını da fars yerlərlə bağlamaq bu siyasətin irəliləməsində yardımçı olan amillərdəndir.

Üskülü Mərziyə...

Türklüyünü müdafiə edən, dilinə sahib çıxan soydaşlarımızı İran rejimi daima susdurmağa çalışıb. O susdurulan səslərdən biri də Mərziyə (1945-1973 ) olub. Üskülü Mərziyə...Müəllimlik etdiyi müddətdə rejimə qarşı fəal mübarizə aparan Mərziyə yazdığı şeirlərində daima ürəyindəki "Ana dili" yanğısını dilə gətirir, məktəblərdə Ana dili altında fars dilinin öyrədilməsi ilə barışmırdı.


Güney Azerbaycan Hərgələn (Hərgəlan) Kəndinin şəlaləsi - - Əcəbşir (Ajabshir)