Ax, gözəl Azərbaycan vətənim! Harada qalmısan?... Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, koruslu və moruslu qardaşlarım, ay bitli, marağali, mərəndli gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərd
əbilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin!
Vallah ağlım çaşıb! Axı dünya və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin bizdə bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək haradı bizim vətənimiz?!
Gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?!
Niyə sakitsiniz, ey lüt-üryan vətən qardaşlarım?!
Molla Nəsrəddin. 27 noyabr, 1917, № 24.

Комментариев нет:
Отправить комментарий